Müdafiədəki problemi onunla həll etmək istəyir - Klopp

1 Fevral 2021 15:20 İngiltərə 564
Müdafiədəki problemi onunla həll etmək istəyir - Klopp

“Liverpul”un yeni transfer hədəfi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Mersisayd klubu “Vest Hem”dən İssa Diopu heyətinə qatmaq niyyətindədir.

Baş məşqçi Yurgen Klopp müdafiədə olan problemi 24 yaşlı futbolçuyla həll edəcəyinə inanır. “Liverpul”un fransalı futbolçunu icarəyə götürməyi planlaşdırdığı bildirilir.

Müqavilədə transfer hüquqlarını almaq bəndi də olacaq. “Qırmızılar” birdəfəlik transfer üçün qarşı tərəfə 20 milyon avro ödəməlidir.

Fransalı futbolçunun “Vest Hem”lə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti