“Mançester Yunayted” iki ulduzu ilə vidalaşır

27 Yanvar 2021 15:20 İngiltərə 719
“Mançester Yunayted” iki ulduzu ilə vidalaşır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Cessi Linqard “Vest Hem”ə keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Championat.com məlumat yayıb.

“Vest Hem” 28 yaşlı futbolçunu icarəyə götürmək istəyir. Cari mövsümdə C.Linqard Mançester klubunun heyətində cəmi üç oyunda meydana çıxıb.

Klubun digər bir futbolçusu Markos Roxonun da yaxın vaxtlarda “Boka Xuniors”a keçəcəyi gözlənilir.

Karyerası ərzində “Estudiantes” və “Sportinq”in də heyətində çıxış etmiş futbolçu bu mövsüm “Mançester Yunayted”in heyətində bir oyuna belə çıxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!