"Nədənsə qorxsaydım, indi baş məşqçi yox, teleekspert işləyərdim"

10 Yanvar 2021 02:24 İngiltərə 705
"Nədənsə qorxsaydım, indi baş məşqçi yox, teleekspert işləyərdim"

"Çelsi"nin baş məşqçisi Frenk Lempard istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssis "The Guardian" nəşrinə açıqlamasında şayiələrə fikir vermədiyini söyləyib.

O, məğlub olmağı sevmədiyini vurğulayıb: "Nədənsə qorxsaydım, indi baş məşqçi yox, teleekspert işləyərdim. Yaxud da başqa işlə məşğul olardım.

Uduzmağı xoşlamıram. İnandığım işi görürəm. Futbolçu karyeramda olduğu kimi, indi də uğur qazanmaq üçün əlimdən gələni edirəm".

"Çelsi" Premyer Liqada 17 turdan sonra 26 xalla 9-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti