Premyer Liqa klubu iki futbolçusu ilə yolları ayırır

9 Yanvar 2021 01:38 İngiltərə 720
Premyer Liqa klubu iki futbolçusu ilə yolları ayırır

"Mançester Yunayted" qapıçısı Serxio Romero və müdafiəçi Markos Roxo ilə bu yay başa çatacaq müqavilənin müddətini yenilməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib.

Norveçli mütəxəssis sözügedən oyunçular üçün komanda axtardıqlarını bildirib.

M.Roxo 2014-cü ildən, S.Romero 2015-ci ildən Mançester təmsilçisində çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!