“Mançester Siti” derbidə qələbə ilə finala yüksəldi: VİDEO

7 Yanvar 2021 01:38 İngiltərə 1 419
“Mançester Siti” derbidə qələbə ilə finala yüksəldi: VİDEO

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə Mançester derbisi baş tutub.

“Mançester Yunayted” finala vəsiqə uğrunda qarşılaşmada “Mançester Siti”ni qəbul edib. Görüşün taleyi ikinci hissədə həll olunub. 2 qol vuran qonaqlar qalib gələrək finala yüksəlib.

Beləliklə, bir gün əvvəl “Brentford”u 2:0 hesabı ilə məğlub edən “Tottenhem”in finalda rəqibi bəlli olub. London təmsilçisi aprelin 25-də “Uembli”də keçiriləcək həlledici matçda “Mançester Siti” ilə görüşəcək.

“Mançester Yunayted” – “Mançester Siti” 0:2
Stounz, 50, Fernandinyo, 83

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti