Premyer Liqa klubunda yeni müqavilə - 2023-cü ilin yayına qədər

1 Yanvar 2021 10:00 İngiltərə 584
Premyer Liqa klubunda yeni müqavilə - 2023-cü ilin yayına qədər

“Lester Siti” müdafiəçisi Conni Evansla müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədərdir. 32 yaşlı futbolçu ilə əvvəlki anlaşmanın müddəti 2021-ci ilin yayında bitəcəkdi.

Şimali İrlandiya yığmasının da üzvü olan Evans, 2018-ci ilin yayında “Vest Bromviç”dən “Lester Siti”yə gəlib. O, bu komandada 89 oyuna çıxıb, 3 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti