“Arsenal”dan ayrılacağı gözlənilən Məsut Özil karyerasını İtaliyada davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, “Yuventus” türk əsilli almaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Bu barədə İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb. Xəbərdə Turin klubunun təmsilçilərinin Özil üçün “Arsenal”ın nümayəndələri ilə görüşdüyü bildirilib.
“Yuventus” 32 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. “Arsenal” Özilin İtaliya klubuna keçidinə müsbət yanaşır.
“Arsenal”la müqaviləsi 2021-ci ilin yayına qədər olan Özil, bu mövsüm heç bir oyuna çıxmayıb. Yarımmüdafiəçi London klubunda illik 18,2 milyon avro qazanır.

