"Everton" - "Mançester Siti" oyunu təxirə salındı - Koronavirusa görə

29 Dekabr 2020 00:14 İngiltərə 636
"Everton" - "Mançester Siti" oyunu təxirə salındı - Koronavirusa görə

İngiltərə Premyer Liqasının 16-cı turunda bu gün keçirilməli olan "Everton" - "Mançester Siti" oyunu təxirə salınıb.

Sportinfol.az xəbər verir ki, bu qərarın verilməsinə qonaq komandada koronavirusun yayılması səbəb olub.

Cümə günü Mançester təmsilçisi hücumçu Qabriel Jezus, müdafiəçi Kayl Uoker və daha iki işçisinin koronavirusa yoluxduğunu açıqlayıb.

Bu gün isə komandanın düşərgəsində yeni yoluxma halları aşkarlanıb.Tibbi göstəricilərə əsasən, Premyer Liqa rəhbərliyi hər iki klubla məsləhətləşdikdən sonra matçı təxirə salmağa qərar verib.

İnfeksiyaya yoluxanların hamısının İngiltərə Premyer Liqasının və İngiltərə hökumətinin protokoluna uyğun olaraq özlərini təcrid edəcəkləri bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti