"Sanderlend”in sahibi dəyişib.
Sportinfo.az xəbər verir ki, bu barədə “qara pişik”lərin mətbuat xidməti məlumat yayıb.
“Sanderlend”in hazırkı sahibi Styuart Donald klubun səhmlərini Kril Luis-Dreyfusa satmağa razı olub.
22 yaşlı milyarder yanvarın 1-dən klubun yeni sahibi və prezidenti elan ediləcək.
Kril Luis-Dreyfus biznesmen Robert Luis-Dreyfusun oğludur. Robert, “Adidas” şirkətinin və Fransanın “Marsel” klubunun səhmlərinin bir hissəsinin sahibidir.
“Sanderlend” İngiltərə 1-ci liqasında mübarizə aparır.

