Premyer Liqa tarixinin ən yaxşı transferləri

26 Dekabr 2020 17:00 İngiltərə 713
Premyer Liqa tarixinin ən yaxşı transferləri

İngiltərə Premyer Liqası tarixinin ən yaxşı transferləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, hazırda İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldonun 2003-cü ildə Portuqaliyanın "Sportinq" klubundan "Mançester Yunayted"ə keçidi birinci pillədə yer alıb.

1999-cu ildə "Yuventus"dan "Arsenal"a transfer olan Tyerri Anri ikinci, 1992-ci ildə "Lids Yunayted"i "Mançester Yunayted"ə dəyişən Erik Kantonanın keçidi isə üçüncü sıranı tutub.

"Mançester Yunayted" Ronaldonu 19 milyon avroya transfer etmişdi. O, 2009-cu ildə "Real"a, 2018-ci ildə isə "Yuventus"a keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti