27 illik sindromu qıra bilmədi - “Mançester Siti” yarımfinalda

23 Dekabr 2020 10:00 İngiltərə 726
27 illik sindromu qıra bilmədi - “Mançester Siti” yarımfinalda

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsi start götürüb.

Sportinfo.az xəbər verir ki, artıq ilk iki yarımfinalçı müəyyənləşib.

Aşağı liqa təmsilçisi “Brentford” gözlənilmədən “Nyukasl”la görüşdən qalib ayrılaraq yarımfinala adlayıb.Ad - 00:01

Son üç mövsümün qalibi “Mançester Siti” 27 ildir bu titulu qazana bilməyən “Arsenal”ın qonağı olub. İlk hissə bərabərə nəticələnsə də, fasilədən sonra üstünlüyü ələ alan “şəhərlilər” ardıcıl qollarla rahat qələbə qazanıb və yoluna davam edib.

Mərhələnin digər iki oyunu dekabrın 23-də keçiriləcək. “Stok Siti” “Tottenhem”i (21:30), “Everton” isə “Mançester Yunayted”i (00:00) qəbul edəcək.

22 dekabr
“Brentford” – “Nyukasl” – 1:0

Dasilva, 66
“Arsenal” – “Mançester Siti” – 1:4
Lyakazett, 31 – Qabriel Jezuş, 3, Mahrez, 54, Foden, 59, Lyaport, 73

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti