Premyer Liqa klubunda yeni legioner - danimarkalı mərkəz müdafiəçisi

23 Dekabr 2020 15:40 İngiltərə 678
Premyer Liqa klubunda yeni legioner - danimarkalı mərkəz müdafiəçisi

“Vest Hem” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi danimarkalı mərkəz müdafiəçisi Frederik Alvesi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Danimarkanın “Silkeborq” klubundan transfer olunan 21 yaşlı futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb. O, yeni komandasına qışda qoşulacaq.

“Silkeborq”un öz yetirməsi olan Alves, 3.5 mövsümdür cəlb olunduğu əsas komandada 48 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti