"Ayrılmağı düşünmürəm” - - Paytaxt klubunun baş məşqçisi

20 Dekabr 2020 21:20 İngiltərə 704
"Ayrılmağı düşünmürəm” - - Paytaxt klubunun baş məşqçisi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta istefa verəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı mütəxəssis London təmsilçisindən ayrılmaq fikrində olmadığını deyib:

“Diqqətim yalnız komandanı bu vəziyyətdən çıxarmağa, ruh yüksəkliyi yaratmağa və futbolçuların hər dəfə meydana daxil olanda göstərdiyi mübarizəyə yönəlib. Bunu inkar etməyi bir yolu yoxdur.

Aydındır ki, “Arsenal”ın nəticələri kifayət qədər yaxşı deyil və bu, klubun standartları baxımından qəbuledilməzdir. Belə bir vəziyyət bizim üçün yaranan çətinlikdir. Amma komandadan ayrılmağı düşünmürəm”.

“Arsenal” 14 oyundan sonra Premyer Liqanın turnir cədvəlində 14 xalla 15-ci pillədə qəraraşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti