Meneceri təsdiqlədi: Özil Türkiyə klubuyla danışıq aparır

19 Dekabr 2020 21:40 İngiltərə 970
Meneceri təsdiqlədi: Özil Türkiyə klubuyla danışıq aparır

“Arsenal”ın futbolçusu Məsut Özilin meneceri Erkut Söğüt futbolçunun gələcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, menecer, Özilin “Fənərbaxça” ilə danışıq apardığını təsdiqləyib:

“Özilin “Arsenal”la daha 6 aylıq müqaviləsi var. O, bu klubun formasını yenidən geyinmək üçün çox çalışır və çalışmağa davam edəcək. “Fənərbaxça” ilə danışıqlarımız olub.

Klubun rəsmi şəxsləri ilə görüşümüz olub, amma yanvar ayından əvvəl hansısa klubla rəsmi danışıqlar apara bilmərik. Ona bir çox klubdan təklif var.

Düşünürəm ki, Məsut üçün nəsə dəyişməyib. O, cari mövsümün sonunadək “Arsenal”da qalacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti