Məsut Özilin agenti Erküt Sögüt futbolçunun durumu barədə danışıb.
Sportinfo.az xəbər verir ki, o, Məsutun “Arsenal”da qalmaq istədiyini bildirib.
Menecer Özilin səylə məşq etdiyini də bildirib: “Situasiya mürəkkəbdir. Məsut “Arsenal”da qalmaq istəyir. O, bu klubu və onun azarkeşlərini sevir.
Hesab edirəm ki, azarkeşlər də onun qayıtmasını istəyirlər. son qarşılaşmalarda onun adını səsləndiriblər.
O. heç vaxt olmadığı kimi, səylə məşq edir. Bazadan savayı, evdə də məşqləri davam etdirir. Bu da onun nə qədər peşəkar olduğunu göstərir.
Təəssüf ki, Məsut oynamır. Əlbəttə, hər kəs onun məvacibini müzakirə edir və mən bilirəm ki, nəyə görə. Mənə görə, bu qədər məvacib onun istedadına və kreativliyinə görə ödənilir.
Bir çox klub Özili almaq istəyir. Həmişə belə olub. Amma Məsut hər zaman da müqaviləyə hörmət edib. O, sözünə sadiq olan insandır. İndiki vaxtda isə belə insan tapmaq çox çətindir”.

