Qurban Qurbanovdan təsirli jest: Ona Gəncədə belə təşəkkür etdilər - FOTOLAR

5 Fevral 2023 00:30 Hadisə 559
Qurban Qurbanovdan təsirli jest: Ona Gəncədə belə təşəkkür etdilər - FOTOLAR

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən "Kəpəz" - "Qarabağ" matçından öncə maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, hadisələrin mərkəzində Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov olub.

İkinci Qarabağ müharibəsi zamanı düşmənin Gəncəyə atdığı raket nəticəsində zərərçəkən uşaqlar - Məryəm və Aylin Həsənova oyundan əvvəl Qurbanova təşəkkür etmək istəyiblər.

Buna səbəb 50 yaşlı mütəxəssisin hadisə nəticəsində xəsarət alan və oyuncaqları yanan bacılara o vaxt hədiyyə göndərməsidir. Qurbanovun Gəncəyə səfərini fürsət bilən Həsənovlar ailəsi ona təşəkkür etmək qərarına gəliblər.

Buna görə matçdan əvvəl kiçik tədbir keçirilib. Ailə üzvləri Qurban Qurbanova gül dəstəsi təqdim edib, xatirə fotosu çəkdiriblər.

Məryən və Aylinin ataları - Rauf Həsənov Vətən müharibəsi iştirakçısıdır. Hadisə baş verən zaman o, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"