"Xan Lənkəran"dan şəhid və qazi övladlarını sevindirəcək yeni layihə

18 May 2022 14:00 Hadisə 759
"Xan Lənkəran"dan şəhid və qazi övladlarını sevindirəcək yeni layihə

2021-ci ilin yayında yaradılan və ötən müddətdə ölkə futboluna yeni nəfəs gətirməyi bacaran «Xan Lənkəran» bu dəfə şəhid və qazi övladlarını sevindirib.

İldən-ilə inkişaf etməyi planlaşdıran cənub klubu Beyləqanda uşaq futbolunu inkişaf etdirməyi qərara alıb.

Bu məqsədlə sözügedən rayonda yeni meydançanın yaradılması və uşaq futbol məktəbinin açılması nəzərdə tutulub.

Məqsəd müharibə iştirakçılarının, həmçinin aztəminatlı ailələrin uşaqlarının idmanın ən sevimli növünə marağını təmin etmək, onların yolunu açmaqdır: «Biz atanıza əbədi borcluyuq, haqqınız onlar tərəfindən ödənilib».

Artıq bu layihənin icrası istiqamətində ilk addımlar atılıb. Klubun nümayəndələri Beyləqana səfər edib, təşkilati və maliyyə məsələlərini konkretləşdirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!