Namiq təzyiqə məruz qaldı, "Bursaspor"da problem yaşadı, məşqə çıxmadı

18 May 2022 12:40 Hadisə 892
Namiq təzyiqə məruz qaldı, "Bursaspor"da problem yaşadı, məşqə çıxmadı

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov "Bursaspor"da məşqə çıxmayıb.

Sportinfo.az "Bursahakimiyet" nəşrinə istinadən xəbər verir ki, "timsahlar" "Bandırmaspor"a 2:4 hesabı ilə uduzduqları I Liqanın XXXVII tur matçından sonra hazırlıqları bərpa edib, lakin legionerlər məşq prosesinə qatılmayıb.

Onların klubu xəbərdar etmədən bu addımı atdıqları bildirilib.

Qarşılaşmadan sonra azarkeşlərin hücumuna məruz qalan kapitan Burak Altıparmak hazırlıq prosesindən kənarda qalıb.

Aşağı liqaya düşən komandada son turdan əvvəl yalnız 10 gənc oyunçu məşqə qatılıb. İsmail Yüksek, Hasan Ayaroğlu ve Enver Cenk Şahin bazaya gəlsələr də, hazırlıqda iştirak etməyiblər.

"Bursaspor" 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.

"Timsahlar" sonuncu turda mayın 21-də "Menemenspor"u qəbul edəcək. Legionerlər II Liqada oynaya bilməyəcəklərindən, "Bursaspor" Namik Ələskərovla vidalaşmalı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti