“Göztəpə”nin yarımmüdafiəçisi Entoni Dennisin yeni komandası müəyyənləşib.
Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərində çıxış edəcək.
Nigeriyalı dayaq yarımmüdafiəçisi “Əl-Cəzirə”yə transfer olunub. Halbuki onun adı Azərbaycan klubları ilə birgə hallanırdı.
Görünür, “Əl-Cəzirə”nin təklifi həm Dennisin özünün, həm də “Göztəpə”nin ürəyincə olub.
2023-cü ildə “Göztəpə”yə keçən Entoni Dennis əvvəlcə bu klubun U-19, daha sonra əsas komandasında çıxış edib.
