Yeddi oğul istərəm, yaxud babalı Sərvərin boynuna!

17:40 Hadisə 203
Yeddi oğul istərəm, yaxud babalı Sərvərin boynuna!

«İmişli» Fərid Namazovla yeni mövsümə enişli-çıxışlı başlayıb.

Dörd tura eyni sayda xal toplayıblar.

Premyer Liqada ikinci mövsümünü keçirən bir komanda üçün bu, normal göstəricidir.

Niyə təlaşlansınlar axı… «İmişli» qarşısına böyük məqsədlər qoymayıb: medallar uğrunda mübarizə aparmırlar.

Yeganə hədəf turnir cədvəlinin orta sıralarında lövbər salmaqdır.

Buna yerli futbolçularla nail olmaq istəməsi və bu istəyində israr etməsi «İmişli» adına mühüm hadisədir. «Qəbələ»yə 1:2 hesabıyla uduzduqları qarşılaşmaya da 7 azərbaycanlı ilə çıxan komandanın oyunu izləyənlərin yaddaşında xoş iz buraxdı.

Meydanı məğlub tərk etmələrinə baxmayaraq, baxımlı futbol sərgilədilər. Hesab haqlarına girmiş sayılmalıdır.

Fərid Namazov çox döşünə döyməsin. Hamı bilir ki, bu yol Kamran Eyyubovun yoludur.

Klubun prezidenti hər səlahiyyəti baş məşqçiyə versə, o, Jorjd Kaşkilyadan çox da fərqlənməz. İlk «11-lik»də, uzaqbaşı, 2-3 yerli oynadar, qalanlarına forma şansı verməz.

Birinci və ikinci zonada özümüzkülərə güvənmək, dörd legioneri irəli xətdə oynatmaq, hücumameylli taktika seçmək Kamran Eyyubovun təşəbbüsüdür.

Kaşkilya bu ideyanın əleyhinə çıxdığı üçün iyunda müqaviləsi uzadılmadı.

Namazov isə «böyüyün sözünə qulaq asmayan böyürə-böyürə qalar» məsəlinə söykənərək, verilən tapşırığı icra edir.

Babalı da Sərvərin boynuna!

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti