Daha çox çalışmalı, daha güclü olmalı və komandama kömək etməliyəm”

03:50 Hadisə 57
Daha çox çalışmalı, daha güclü olmalı və komandama kömək etməliyəm”

“Çox sevindirici haldır ki, Premyer Liqada ilk qolumu vura bildim və bu, qələbə qolu oldu”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “İmişli”nin hücumçusu Seyxan Fərəcov deyib.

24 yaşlı forvard bildirib ki, “Şəfa”nın qapısından keçirdiyi qol təkcə onun yox, bütün komandanın əziyyətinin nəticəsidir.

“Əlbəttə, şəxsi olaraq mənim və özünəinamım üçün çox vacib qoldur. Karyeramın ən vacib qolu kimi qeyd edərdim.

Amma daha çox çalışmalıyam, daha güclü Seyxan olmalı və qollar vuraraq komandama kömək etməliyəm.

Qolumuzdan sonra əksinə, hücumda daha aktiv olduq, müdafiədə də daha etibarlı oynadıq. Rəqibə qol vurmaq üçün heç bir imkan yaratmadıq”.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular