Rusiya hərbçiləri Xocavənddəki ermənilərə bu cür dəstək verdi VİDEO+ FOTOLAR

27 Yanvar 2022 22:50 Hadisə 819
Rusiya hərbçiləri Xocavənddəki ermənilərə bu cür dəstək verdi VİDEO+ FOTOLAR

"Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının dəstəyi ilə Dağlıq Qarabağın Martuni rayonunun Çartar və ona yaxın kəndlərin sakinləri üçün mərkəzləşdirilmiş su təchizatı sisteminin tikintisi və çəkilişinə başlanılıb".

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında bu gecə - 27 yanvar tarixində Bakı vaxtilə saat 04:00-da yaydığı məlumatda belə deyilir.

Əslində söhbət Azərbaycan Respublikası Xocavənd rayonunun Çartar kəndindən gedir.

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağın Martuni rayonunun Çartar qəsəbəsinə su kəmərinin çəkilməsinin təhlükəsizliyini təmin edir. Bu ərazi tərəflərin demarkasiya xəttinə yaxın yerləşdiyinə görə şəhər rəhbərliyi işlərin təhlükəsizliyini təmin etmək xahişi ilə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib. Bu mərhələdə işçilər su çıxarmaq üçün quyu qazırlar. Bütün işləri bir həftə ərzində başa çatdırmaq planlaşdırılır", - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Sergey Qapeev bildirib.

"Qəsəbələrdə su olmadığı üçün su kəməri çəkirik. Rusiya sülhməramlılarına burada olduqlarına və təhlükəsizliyimizi təmin etdiklərinə görə minnətdarıq. Vəziyyət elədir ki, biz bu işi bir həftəyə başa çatdıracağıq", - deyə Çartar kəndindəki su təchizatı üzrə mütəxəssis Ararat Gevorgyan bildirib.

Su təchizatı sistemlərinin və xarici su təchizatı şəbəkələrinin quraşdırılması üzrə tam kompleks işlərin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır"- Rusiya MN-in məlumatında ardında bildirilir.

Məlumata görə, 2022-ci ilin əvvəlindən Rusiya kontingentinin hərbi qulluqçuları 30-dan çox tədbir zamanı Qarabağdakı erməni sakinlərin təhlükəsizliyini təmin ediblər.

Digər Xəbərlər
Xəbər Lenti