Qadında fərasət bax – Ronaldonu elə aldadıb ki...

20 Sentyabr 2021 21:40 Hadisə 505
Qadında fərasət bax – Ronaldonu elə aldadıb ki...

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo dələduzluğun qurbanı olub.

Sportinfo.az xəbər verir ki, tur-agent işləyən 53 yaşlı qadın 3 il ərzində Ronaldonun 288 min avrosunu mənimsəyib.

O, bu illər ərzində etmədiyi 200 səfərə görə Ronaldodan pul alıb.

Ronaldo qadına bank kartının və digər sənədlərin detallarını verib ki, o da bundan yararlanıb. Özü də həmin qadın təkcə Kriştianonu yox, Manuel Fernandeşlə agent Jorje Mendeşi də aldadıb.

Məsələnin üstü 2017-ci ildə açılıb və qadın həbs olunub. O, 4 ildir ki, zərərçəkmişlərə vəsait ödəyir. Sadəcə məsələ ilə bağlı məlumat mətbuata indi sızıb.

Digər Xəbərlər
Xəbər Lenti