Rusiyanın məşhur saytından Mahirə qarşı erməni təxribatı - FOTO-FAKT

16 Sentyabr 2021 10:40 Hadisə 1 589
Rusiyanın məşhur saytından Mahirə qarşı erməni təxribatı - FOTO-FAKT

Azərbaycan millisinin futbolçusu Mahir Emreli şərəfini qoruduğu “Legiya”da növbəti oyununu keçirib.

24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin I turunun iştirakçısı olub.

O, Varşava təmsilçisinin Rusiya “Spartak”ı ilə səfər matçında meydana çıxıb. Mahir Moskvadakı qarşılaşmada start heyətində yer alıb. Emreli bu görüşün

82-ci dəqiqəsində əvəzlənib. Matçın taleyini uzatma dəqiqələrində vurulan 1 qol həll edib.

Lirim Kastrati 90+2-ci dəqiqədə qonaqlara 1:0 hesablı qələbə qazandıran qolun müəllifi olub. Bununla "Legiya" ilk görüşdə aktivinə 3 xal yazdırıb.

Rusiyanın məşhur informasiya portallarından sports.ru Mahir Emreliyə qarşı təxribata yol verib. Belə ki, sayt millimizin forvardını erməni kimi təqdim edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı