Bukmeyker kontorları aranı qarışdırdı, bizimkilər aşağı liqaya düşdü - VİDEO

7 May 2021 17:00 Hadisə 535
Bukmeyker kontorları aranı qarışdırdı, bizimkilər aşağı liqaya düşdü - VİDEO

Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” doğma meydanda Donetsk “Şaxtyor”u ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub.

Zədə səbəbindən mövsümü erkən başa vuran Nuriyev bu görüşdə oynamayıb. Rüstəm isə 59-cu dəqiqədə meydana daxil olub.

“Minay”ın bu məğlubiyyətdən sonra elitanı tərk edəcəyi dəqiqləşib. Hazırda 18 xalla sonuncu pillədə olan komanda son turda qalib gəlsə, "Olimpik" uduzsa belə, klublar arasındakı oyunların nəticələrinə əsasən, "Minay" yenə sonuncu pillədə qalacaq.

Beləliklə, futbolçularımızın komandası gələn mövsümdən birinci liqada mübarizə aparacaq.

Bukmeyker kontorlarında matça anormal dərəcədə pul qoyuluşu səbəbindən "Minay" əvvəlcə "Şaxtyor"la oyuna çıxmaqdan imtina edib. Lakin sonra görüş 30 dəqiqədən çox gecikmə ilə başlayıb.

"UA-Football" nəşrinin yazdığına görə, gün ərzində “Minay”ın qələbə əmsalı 27-dən 44-ə yüksəlib.

Bundan başqa, oyunda 3-dən çox qolun vurulacağına da böyük məbləğdə pul qoyuluşu edilib. Bəzi bukmeyker kontorları isə son anda mərc qəbul etməyiblər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!