Millimizin legioneri azərbaycanlı xanımla nişanlandı – VİDEO+FOTOLAR

5 Mart 2021 12:40 Hadisə 2 408
Millimizin legioneri azərbaycanlı xanımla nişanlandı – VİDEO+FOTOLAR

Boks millimizin kubalı üzvü Azərbaycanda subaylığın daşını atıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Alfonso Dominqes azərbaycanlı xanımla nişanlanıb.

II Avropa Oyunlarının qalibi, 81 kq çəki dərəcəsində yarışan legioner Türkiyəyə getməzdən öncə özünə nişan edib. Mərasimdə Olimpiya mükafatçısı, I Avropa Oyunlarının qalibi olmuş digər kubalı legionerimiz Lorenso Sotomayor da iştirak edib.

Boks millimiz hazırda Türkiyənin Kastamonu bölgəsində təlim-məşq toplanışı keçir. Alfonso Dominqes də həmin hazırlıq prosesində iştirak edir.

Digər Xəbərlər
Xəbər Lenti