COP29

Azərbaycan futbolunda gündəm olan şəxs ona gülənləri qınadı - VİDEO

20 May 23:40 Gündəm 1 771
Azərbaycan futbolunda gündəm olan şəxs ona gülənləri qınadı - VİDEO

Sabirabad rayonunda kəndlər arasında keçirilən futbol çempionatının final oyununda maraqlı anlar yaşanıb.

"Yenikənd" "Qəzli"i qarşıdurmasında baş hakim narazılıq yaradan penalti qərarına görə VAR-a müraciət etməli olub.

Referi telefon vasitəsi ilə epizodu təkrar izlədikdən sonra penalti qərarını ləğv edib.

"Yenikənd"in 2-1 hesablı qələbəsilə başa çatan oyundakı görüntülər sosial şəbəkələrdə sürətlə qarşılanıb.

Azərbaycanda keçirilən kənd çempionatının finalında MARAQLI HADİSƏ - VİDEO

Başverənləri hakimlərin şəraitsiz vəziyyətdə göstərdiklər fədakarlıq kimi qiymətləndirənlər olduğu kimi, gülüşlə qarşılayanlar da az olmayıb.

İkincilərin münasibəti oyunun hakimini də əsəbiləşdirib.

Belə ki, Orxan Məhərrəmli adlı şəxs həmin şəxslərə cavab olaraq bu sözləri yazıb:

"Bu oyunda hakim mən olmuşam. Gülmək "smaylık"ı qoyanlara görə futbolumuz da gülünc günündədir.

Siz oyundakı millətə baxın, bir də şəraitə. Turnir şəhidlərimizin əziz xatirəsinə həsr olunub.

Mən özüm təmənnasız 5 oyun idarə etmişəm. Bunu özümə borc bilmişəm.

Bir komanda da idarəçiliyimdən narazı qalmayıb. Dəstək olanlar isə sağ olsun".

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"