Avropanın iki məşhur klubu 10 milyona görə dil tapa bilmir

4 İyul 2022 12:20 Gündəm 430
Avropanın iki məşhur klubu 10 milyona görə dil tapa bilmir

“Çelsi” hələ də “Yuventus”un müdafiəçisi Matteys de Liqti transfer etməyə çalışır.

Sportinfo.az xəbər verir ki, londonlular niderlandlı futbolçu üçün təxminən 80 milyon avro təklif etməyə hazırdır.

“Yuventus” isə futbolçusu üçün 90 milyon istəyir.

“Çelsi” Matteys de Liqtə 5 illik müqavilə və 11 milyon avroluq maaş təklif etməyə hazırdır.

De Liqt 2021/22 mövsümündə “Yuventus”un heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Turin klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti