Yaxın keçmişin məşhur hücumçusu buradan da İSTEFAYA GÖNDƏRİLDİ

2 Yanvar 2025 00:00 İngiltərə 1 223
Yaxın keçmişin məşhur hücumçusu buradan da İSTEFAYA GÖNDƏRİLDİ

Bir vaxtların məşhur futbolçusu Ueyn Runi baş məşqçi kimi özünü təsdiq edə bilmir.

Sportinfo.az xəbər verir ki, Runi ötən ilin mayında təyin edildiyi Plimut Arqayl”dan uğursuzluq səbəbi ilə istefaya göndərilib.

“Plimut Arqayl” Runinin məşqçiliyi dövründə 14 oyundan yalnız birində qələbə qazanıb. Komanda hazırda sonuncu yerdə qərarlaşır.

“Mançester Yunayted”dəki parlaq futbolçu karyerası ilə yadda qalan Runi hələ ki meydanın kənarından sözünü deyə bilmir.

O, çalışdırdığı dörd komandanın üçündən istefaya göndərilib, digərindən isə öz istəyi ilə ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda