Güləş üzrə Azərbaycan çempionatında karyerasını bitirən Murad Süleymanov (86 kq) yenidən xalçaya qayıdacaq.
Sportinfo.az xəbər verir ki, idman.biz-in əldə etdiyi məlumata görə, sərbəst güləşdə mübarizə aparacaq idmançı 5 illik fasilədən sonra yarışa qatılacaq.
Eyni növdə Süleymanovla yanaşı, müəyyən müddətdir güləşməyən qitə birinciliklərinin mükafatçıları Əfqan Xaşalovla Mahir Əmiraslanov (hər ikisi 61 kq) da Azərbaycan çempionatında güclərini yoxlayacaqlar.
Paris-2024 Yay Olimpiya Oyunlarında zədələnərək medalsız qalan yunan-Roma güləşçisi Sənan Süleymanovun (77 kq) da yarışda iştirakı gözlənilir.
Həmçinin "klassiklər" arasında son dünya çempionları Nihat Məmmədli (60 kq) ilə Ülvi Qənizadə (72 kq) də ölkə çempionatına qatılacaqlar.
4 gün olacaq Azərbaycan çempionatında dekabrın 24-25-də yunan-Roma, növbəti 2 gündə isə sərbəst güləşçilər medal uğrunda yarışacaqlar.