Azərbaycan liqalarında "transfer pəncərəsi"nin müddəti uzadıldı

24 Sentyabr 2024 08:40 Futzal 1 186
Azərbaycan liqalarında "transfer pəncərəsi"nin müddəti uzadıldı

Azərbaycanın futzal üzrə Yüksək və I Liqalarında yay "transfer pəncərəsi”nin müddəti uzadılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İştirakçı komandalar heyətə qatdıqları yeni oyunçuları oktyabrın 10-u, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.

Yay "transfer pəncərəsi"nin müddəti daha əvvəl sentyabrın 20-nə qədər idi.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!