Federasiya rəhbərliyindən yığmanın baş məşqçisi haqda SON QƏRAR

6 Noyabr 2022 14:00 Futzal 615
Federasiya rəhbərliyindən yığmanın baş məşqçisi haqda SON QƏRAR

Azərbaycan Futzal Federasiyası millinin baş məşqçisi Joze Alesio Da Silvaya sonuncu dəfə şans verib.

Komanda dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasa, onunla müqavilə uzadılmayacaq.

Əsas seçmə mərhələnin VI qrupunda yer alan yığmamız ilk 2 turda Polşaya 4:3, Yunanıstana 7:0 hesabıyla qalib gəlib.

Federasiyanın braziliyalı mütəxəssisdən narazılığının kökündə, əslində, milli dayanmır. Məsələ ondadır ki, Alesionun sükanı arxasında dayandığı "Araz-Naxçıvan" Çempionlar Liqasının əsas mərhələsində biabırçı nəticələr əldə edib.

V qrupunda mübarizə aparan ölkə çempionu"Erebru"ya (İsveç) 2:5, "Loznika Qrad"a (Serbiya) 1:4 və “Mostar”a (Bosniya və Herseqovina) 2:3 hesabıyla uduzub.

Cənubi amerikalı həm millidə, həm də klubda işlədiyindən, qurumun rəhbərliyi onunla bağlı yekun qərarı ümumi nəticələrə əsasən vermək niyyətindədir. Bu, onunla son görüşdə Alesionun diqqətinə çatdırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi