“Neftçi”yə qismət oldu

7 May 2022 16:20 Futzal 885
“Neftçi”yə qismət oldu

Bu gün futzal üzrə Yüksək Liqada 3-cü yer uğrunda oyun keçirilib.

Spotinfo.az xəbər verir ki, bürünc medallar uğrunda “Neftçi” İK və “Baku Fire” komandaları mübarizə aparıb.

“Baku Fire” oyuna tam heyətlə çıxmışdısa, “Neftçi” cəzalı olduğuna görə qapıçı Anar Məmmədovun xidmətindən istifadə edə bilmirdi.

Oyunda hesabı “narıncılar” açıb. Nihad İsmayılovun qüvvətli zərbəsi Zamanov üçün qarşısıalınmaz olub. 5 dəqiqə sonra “Neftçi” İK Oqtay Rüstəmli ilə hesabı bərabərləşdirib – 1:1.

13-cü dəqiqədə Nurlan Mehdizadə 10 metrlik zərbəni qolla tamamlaya bilməyib. Kamran Hacıyev düzgün mövqe seçməklə hesabın dəyişməsinə imkan verməyib.

Ancaq Mənəflinin zərbəsi tablodakı tarazlığı pozub. Növbəti qol Mehdizadədən gəlib. Müdafiədəki səhvdən yararlanan Nurlan bu dəfə Kamran səddini aşmağı bacarıb.

İkinci hissədə yenə ilk qolu “Baku Fire” vurub. Bu dəfə Sultanovun penalti zərbəsini Zamanov geri qaytarsa da, dönən topu dəqiq tamamlayan Renat fərqi minimuma endirib.

5 dəqiqə sonra “Neftçi”dən Oruc Baxşəlizadə fərqlənib. Oruc 7 dəqiqə sonra dublunu rəsmiləşdirməklə fərqi də artırıb.

Hasan Ali Jafarinin fərqlənməsi artıq oyunun taleyini həll edib. Qələbə sayəsində “Neftçi” İK mövsümü üçüncü pillədə başa vurub və bürünc medalın sahibi olub.

7 may

"Neftçi" İK – "Baku Fire" 6:2
Qol
: Oqtay Rüstəmli, 6:07. Hüseyn Mənəfli, 14:46. Nurlan Mehdizadə, 16:57. Oruc Baxşəlizadə, 28:48; 34:34. Hasan Ali Jafari, 36:45 – Nihad İsmayılov, 1:07. Renat Sultanov, 23:41.
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Vüsal Balaşov.
Hakim-inspektor: Azər Əsgərov.
Bakı İdman Sarayı. Saat 12:00.

Neftçi İK: 23. Elnur Zamanov, 7. İlkin Hacıyev, 11. Hasan Ali Jafari, 10. Seymur Məmmədov, 77. Omid Talebi, 12. Cavad Məmmədov, 3. Oruc Baxşəlizadə, 4. Fərid Atakişiyev (k), 5. Nurlan Mehdizadə, 8. Vahid Xocayev, 9. Oqtay Rüstəmli, 14. İlqar Nuruşov, 17. Hüseyn Mənəfli.
Baş məşqçi: Elşad Quliyev.

Baku Fire: 12. Kamran Hacıyev, 4. Elvin Quliyev, 8. Renat Sultanov (k), 9. Murad Quluzadə, 10. Nihad İsmayılov, 1. Samir Mehtiyev, 2. Sadiq Əlizadə, 5. İbrahim Zeynalov, 7. Tofiq Əliyev, 11. Rasif Səfiyarov, 17. Reza Tolouie, 18. Novruz Ələkbərov, 22. Elgün Rzayev, 77. Elşən İbramxəlilov.
Baş məşqçi: Teymur Eyvazov.

Xəbər Lenti