Azərbaycan yığmasından yox, koronavirusdan qorxur

14 Yanvar 2022 09:00 Futzal 503
Azərbaycan yığmasından yox, koronavirusdan qorxur

"İspaniya qrupun və ümumilikdə turnirin əsas favoritidir".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqiblərindən olan Bosniya və Herseqovina yığmasının məşqçisi Niyaz Mulahmetoviç yerli mətbuata açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, qrupdan çıxmaq şanslarını digər komandalarla görüşlərdə axtarmalıdırlar:

"Çətin olacaq, çünki həm Gürcüstan, həm də Azərbaycan braziliyalı legionerlərin oynadığı keyfiyyətli kollektivdir. Amma bizim də şansımız var.

Qorxduğumuz yeganə amil koronavirusla bağlıdır. İnanıram ki, problemlərimiz olmayacaq".

19 yanvar - 6 fevralda gerçəkləşəcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"