ÇL-də çıxış edəcək Naxçıvan klubu iştirak ərizəsini UEFA-ya göndərdi

10 Avqust 20:00 Futzal 295
ÇL-də çıxış edəcək Naxçıvan klubu iştirak ərizəsini UEFA-ya göndərdi

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.

Sportinfo.az xəbər verir ki, ölkə çempionu 12 oyunçunun xidmətindən istifadə edəcək ki, onlardan ikisi qapıçıdır.

Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov

Oyunçular: Rizvan Fərzəliyev, İsa Atayev, Xətai Bağırov, İsaq Surğalı, Amir Şojaei, Hadi Ahmadi, Ramiz Çovdarov, Murilo Borges, Conatas Felipe, Emanuel Rodrigues

Komandanın keçirəcəyi oyunların təqvimi

21 avqust

16:00. “Araz – Naxçıvan” – “Europa” (Cəbəllütariq)

Salaspils şəhəri. İdman Kompleksi

22 avqust

16:00. “Kampuksen Dinamo” (Finlandiya) – “Araz-Naxçıvan”

Salaspils şəhəri. İdman Kompleksi.

24 avqust

21:00. “Raba” (Latviya) – “Araz-Naxçıvan”

Salaspils şəhəri. İdman Kompleksi.

İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir.

Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək. "Araz Naxçıvan" qarşılaşmalarını Latviyada oynayacaq.

Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti