“Baku Fire” – Azərbaycan futzalına və milliyə xidmət edən klub

5 İyul 2021 11:40 Futzal 1 068
“Baku Fire” – Azərbaycan futzalına və milliyə xidmət edən klub

Bu ilin 4-11 sentyabr tarixlərində Rusiyanın Kazan şəhərində MDB ölkələrinin I Oyunları keçiriləcək.

Oyunlarda iştirak edəcək 11 ölkə arasında Azərbaycan da var.

Burada 16 idman növü üzrə yaşı 14-23 arası olan, ümumilikdə 2879 idmançının yarışacağı gözlənilir.

MDB ölkələrinin Oyunlarının futzal üzrə yarışında ölkəmizi 19 yaşlılardan ibarət yığma təmsil edəcək. Yarışa hazırlıq məqsədiylə gənc futzalçılarımız hal-hazırda Gürcüstanın paytaxtı Tbilisi şəhərində təlim məşq toplanışındadır.

Maraqlıdır ki, toplanışda olan 13 oyunçunun demək olar yarısı müxtəlif vaxtlarda “Baku Fire” klubunun formasını geyinib.

“Baku Fire”nin və məşqçi Teymur Eyvazovun futzalın inkişafına, xüsusilə də, gənclərin bu idman növünə olan marağının artmasına verdikləri töhfələrdən az bəhs etməmişik.

Ümidvarıq ki, digər klublarımız və məşqçilərimiz də bu gözəl, səmərəli və xeyirxah təşəbbüsə qoşulub, Azərbaycan futzalını yaşadan dəyərlərə layiqli dəstək verəcəklər.

Əlavə olaraq qeyd etmək istəyirik ki, 2022-ci ilin sentyabr ayında futzal üzrə 19 yaşlılar arasında Avropa çempionatının final mərhələsinə İspaniya ev sahibliyi edəcək.

Kazanda keçirilən oyunları bir növ qitə birinciliyində mübarizə aparacaq millinin heyətin formalaşması üçün fürsət kimi də dəyərləndirmək olar.

Gənc futbolçularımıza və millinin məşqçi heyətinə qarşıdakı mötəbər yarışlardan üzü ağ çıxmağı arzulayırıq.

SPORTİNFO.AZ

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!