Azərbaycan millisini çalışdırdı, “Barselona”ya baş məşqçi təyin olundu

11 İyul 2024 09:00 Futzal 4 742
Azərbaycan millisini çalışdırdı, “Barselona”ya baş məşqçi təyin olundu

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Faustino Peres “Barselona”da çalışacaq.

Sportinfo.az xəbər verir ki, 55 yaşlı çalışdırıcı İspaniya nəhənginin baş məşqçisi təyin olunub.

Bu yaxınlarda Xesus Velasko ilə yollarını ayıran kataloniyalılar əvəzində Çinin “Şanxay Quanqi Pioner” klubundan ayrılan Pereslə anlaşıb.

O, yeni komandası ilə 2 illik müqavilə bağlayıb.

Faustino Peres 2014-2016-cı illərdə Azərbaycan millisinə rəhbərlik edib. Millimiz AVRO-2016-da onun başçılığı altında 1/4 finala qədər irəliləməyi bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda