Gözü "Neftçi"dədir: “Heç kimin əsas heyətdə oyayacağına dair zəmanəti yoxdur”

8 Avqust 2023 03:50 Neftçi 1 137
Gözü "Neftçi"dədir: “Heç kimin əsas heyətdə oyayacağına dair zəmanəti yoxdur”

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matçlar haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis Bakı təmsilçisinə qalib gələrək mərhələ adlamaq istədiklərini deyib:

“Mövsümboyu bütün oyunlarda komanda olaraq gücümüzü ortaya qoymalıyıq. Tempi artırmaq zamanıdır.

Heç kimin əsas heyətdə oyayacağına dair zəmanəti yoxdur, hər kəs rəqabətə hazır olsun. İlk hədəf “Neftçi”ni məğlub etməkdir.

Bakıdakı oyundan sonra Superliqa matçına hazırlaşacağıq. Əvvəlcə avrokuboklarda işimizi həll edək, sonra çempionat barədə düşünərik”.

"Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da olacaq. İstanbul təmsilçisi Superliqanın 1-ci turunda avqustun 14-də “Fatih Karagümrük”lə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM