
PSJ-nin hücumçusu Killian Mbappe klubu ilə yeni müqavilə imzalamaq istəyir.
Sportinfo.az xəbər verir ki, Mbappe bu mövsüm PSJ-də çıxış edəcək və o, gələn yay, müqaviləsi bitəndə klubu azad agent kimi tərk etməyəcək.
Yeni müqavilə 2025-ci ilə qədər qüvvədə olacaq və özündə uzadılma variantını ehtiva edəcək.
Daha əvvəl bildirilirdi ki, “Real” yay transfer pəncərəsinin son günlərində 24 yaşlı fransalı forvard üçün PSJ-yə təklif göndərə bilər.
Mbappe 2017-ci ildən parislilərin heyətində çıxış edir. O, 2022/23 mövsümündə bütün yarışlarda 43 oyun keçirib, 41 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.