"Mən yenidən futboldan həzz alıram" - MESSİDƏN ETİRAF

24 Sentyabr 2022 21:40 Fransa 957
"Mən yenidən futboldan həzz alıram" - MESSİDƏN ETİRAF

Argentina millisinin və PSJ-nin fubolçusu Lionel Messi nəhayət Fransaya uyğunlaşıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə öz açıqlamasında danışıb.

Messi 2021-ci ilin yayından PSJ-də oynayır. 35 yaşlı forvard yenidən futboldan həzz aldığını bildirib:

“Özümü yaxşı hiss edirəm, indi hər şey keçən ildən çox fərqlidir. Belə olacağını başa düşdüm.

Bu barədə əvvəllər danışmışam. Bu il tamamilə fərqlidir. Kluba, soyunub-geyinmə otağına, komanda yoldaşlarıma, oyuna daha çox uyğunlaşaraq fərqli düşüncələrlə gəldim.

Həqiqət budur ki, özümü çox yaxşı hiss edirəm. Mən yenidən futboldan həzz alıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti