Məmmədov bu liqanın iddialı komandasında - BİRİLLİK

07:40 II Divizion 102
Məmmədov bu liqanın iddialı komandasında - BİRİLLİK

İkinci Liqada çıxış edən “Şirvan” heyətinə daha bir futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Komanda Elcan Məmmədovu transfer edib. Futbolçu ilə bir illik müqavilə imzalanıb.

“Şirvan” ötən mövsüm Azərbaycan İkinci Liqasında 27 oyun keçirərək 40 xal toplayıb. Komanda çempionatı 12 iştirakçı arasında dördüncü pillədə başa vurub.

Şirvan təmsilçisi mövsüm ərzində 12 qələbə qazanıb, dörd heç-heçə edib və 11 dəfə məğlub olub.

Klub daha əvvəl Namiq Hüseynzadə, Elgün Xəlilov, Çingiz Məmmədov, İbrahim Aslanlı və Kamran Qürbətovu da heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM