“Sabah”ın prezidenti: “Biz onun fəaliyyətindən və yaratdığı inkişafdan çox razıyıq”

02:30 Sabah 91
“Sabah”ın prezidenti: “Biz onun fəaliyyətindən və yaratdığı inkişafdan çox razıyıq”

"Sabah"ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasında baş məşqçi Valdas Dambrauskasın çox böyük rolu var.

Sportinfo.az xəbər verir ki, bunu "report"a müsahibəsində klubun prezidenti Maqsud Adıgözəlov deyib.

O, komanadada sabitliyə və uzunmüddətli əməkdaşlığa önəm verdiklərini vurğulayıb:

"Valdas Dambrauskasın bu uğurun qazanılmasında çox böyük rolu var. O, komandaya yalnız taktiki baxımdan deyil, düşüncə və qalibiyyət mentaliteti baxımından da ciddi təsir göstərib.

Futbolçular onun oyun prinsiplərinə inanır, meydanda nə etməli olduqlarını yaxşı anlayırlar. Komandanın ən çətin anlarda belə öz oyunundan və mübarizədən imtina etməməsi məşqçi işinin nəticəsidir.

Biz onun fəaliyyətindən və komandada yaratdığı inkişafdan çox razıyıq.

Təbii ki, futbolda gələcəklə bağlı qərarlar qarşılıqlı müzakirələr əsasında və uyğun zamanda qəbul olunur. Amma klub olaraq sabitliyə və uzunmüddətli əməkdaşlığa önəm veririk".

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu