"Düşünmürəm ki, hazırda Avropada bizdən daha motivasiyalı bir komanda olsun"

12 Avqust 10:00 Fransa 390
"Düşünmürəm ki, hazırda Avropada bizdən daha motivasiyalı bir komanda olsun"

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın Çempionlar Liqasında ardıcıl üç dəfə qalib gəlmək şansını dəyərləndirib.

Paris klubu turnirin son iki mövsümündə çempion olub.

“Real” isə Çempionlar Liqasında ardıcıl üç qələbə qazanmaqla rekorda sahibdir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı məşqçi bunu söyləyib:

“Biz Çempionlar Liqasını ardıcıl üç dəfə qazana və “Real”a çata bilərik. Düşünmürəm ki, hazırda Avropada bizdən daha motivasiyalı bir komanda olsun”.

PSJ avqustun 12-də UEFA superkubokunda “Aston Villa” ilə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM