“Parma”nın qapıçısı Zion Suzuki karyerasını PSJ-də davam etdirəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı qolkiperin Paris təmsilçisinə keçidi təsdiqlənib.
Transferin ümumi məbləği bonuslarla birlikdə 36 milyon avro təşkil edəcək.
Suzukinin PSJ ilə müddəti 2031-ci ilin yayına qədər olan müqavilə imzalayacağı bildirilir.
O, yaxın 48 saat ərzində tibbi müayinədən keçəcək və daha sonra rəsmi müqaviləyə imza atacaq.
Yaponiyalı futbolçu 2025/26 mövsümündə “Parma”nın heyətində A Seriyası və İtaliya kubokunda ümumilikdə 22 oyuna çıxıb, 30 qol buraxıb və 6 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
