“Sabah”ın səsi görün hara qədər gedib çatdı! - MARAQLI VİDEO

3 Sentyabr 23:00 Sabah 824
“Sabah”ın səsi görün hara qədər gedib çatdı! - MARAQLI VİDEO

“Sabah”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Asiya qitəsində də böyük marağa səbəb olub.

Buna ən çox sevinən Malayziyanın yüksək dəstəsində mübarizə aparan “Sabah” klubu olub.

“Tələbələr”in Asiya qitıəsindəki adaşı bu münasibətlə bizimkiləri təbrik edib.

Dünyanın ən böyük üç adasından biri olan Borneonu təmsil edən “Sabah”ın məşqçi və futbolçu heyəti hazırlanan videogörüntüdə Azərbaycan çempionunu təbrik edib, təmsilçimizə Çempionlar Liqasında uğur arzulayıb, bir gün Malayziyadakı “Sabah”ın da böyük turnirlərdə iştirak edəcəyinə ümid bəslədiklərini dilə gətiriblər.

Bizim “Sabah” da öz növbəsində paylaşımın şərh bölməsində qarşı tərəfə öz təşəkkürünü bildirib.

HƏBİB / SPORTİNFO.AZ

Təbrik videosunu təbrik edirik.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…