Fransa millisinin və PSJ-nin futbolçusu Bredli Barkola karyerasını “Liverpul”da davam etdirməyə yaxındır.
Sportinfo.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.
23 yaşlı vinger “Liverpul”un baş məşqçisi Andoni İraola ilə transfer məsələsini müzakirə edib. Barkola söhbət zamanı İngiltərə klubuna keçidə şifahi razılıq verib.
Bununla belə, PSJ və “Liverpul” arasında danışıqlar hələ də davam edir və tərəflər transferin şərtləri ilə bağlı razılığa gəlməyiblər.
Fransalı futbolçunun transfer dəyəri 90 milyon avro qiymətləndirilir. Onun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədər.
Barkola Fransa çempionatının 2025/26 mövsümündə 29 oyunda meydana çıxıb, 11 qol vurub və 1 məhsuldar ötürmə verib.

