“Neftçi”də futbolçulara tapşırıq verildi - Hirsimizi, əsəbimizi bir kənara qoymalıyıq

13:00 Neftçi 183
“Neftçi”də futbolçulara tapşırıq verildi - Hirsimizi, əsəbimizi bir kənara qoymalıyıq

«Biz bütün hirsimizi, əsəbimizi bir kənara qoyub, irəli baxmalıyıq. Hər şeyi unutmalı, sakit olmalıyıq».

Bu sözlər «Neftçi»nin baş məşqçisi Yuri Verniduba məxsusdur.

Ukraynalı mütəxəssis komanda üzvləri ilə keçirdiyi toplantıda maraqlı fikirlər səsləndirib.

60 yaşlı çalışdırıcı futbolçularından bütün diqqətini Premyer Liqanın qarşıdakı turlarına yönəltmələrini istəyib.

O, artıq kollektivin formalaşdığını deyib, düşərgəyə yeni qoşulan oyunçulardan da böyük gözləntisinin olduğunu bildirib.

Təcrübəli sükançı qeyd edib ki, klub rəhbərliyi və azarkeşlərin etimadını doğrultmaq lazımdır, ona görə də hər kəs öz işinə məsuliyyətli yanaşmalıdır:

«Biz nəyə qadir olduğumuzu hamıya göstərməliyik. Heç bir rəqibdən çəkinməməli, yalnız qələbə uğrunda mübarizə aparmalıyıq.

Marafon uzundur. Maksimum dərəcədə xal toplamalıyıq ki, məqsədimizə çataq. Mövsümü titulla başa vurmalıyıq».

«Ağ-qaralar» Premyer Liqanın ilk 3 turu ərzində 6 xal toplayıb. «Sumqayıt»a 3:1, «Araz-Naxçıvan»a 5:0 hesabıyla qalib gələn paytaxt təmsilçisi çempionatın üçüncü həftəsində «Zirə»yə uduzub - 0:1.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!