I Liqada yeni mövsüm start götürüb.
Sportinfo.az xəbər verir ki, ilk gündə 3 matç keçirilib.
Medallar uğrunda mübarizə aparan MOİK Binədə "Şahdağ Qusar"la bacarmayıb.
"Bakı Sportinq" Buzovnada "Karvan-Yevlax"dan 3 cavabsız top buraxıb.
"Xankəndi" isə çempionluğa bir nömrəli iddialı sayılan "Səbail"i büdrədib. Liqanın ən imkanlı klubu erkən qola sevinsə də, çox çəkmədən status-kvo bərpa olunub.
MOİK – “Şahdağ Qusar" 0:1
Qol: J.Zenqo, 14
Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Samir Qaracayev, Şamil İmanzadə
Binə qəsəbə stadionu
“Bakı Sportinq” – “Karvan-Yevlax” 0:3
Qollar: S.Abdullayev, 4, E.Bayramov, 54, E.Sillas, 80
Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Safalı Ağayev, Nazim Abdullayev
“Baku Sportinq Arena”
“Xankəndi” – “Səbail” 1:1
Qollar: M.Musazadə, 33 // R.Seyidov, 13
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elman Kərimov, Niyaz Əhmədov
Şamaxı OİK stadionu
