“Liverpul” PSJ-nin hücumçusu Bredli Barkolanı transfer etmək üçün hərəkətə keçməyə hazırlaşır.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi yaxın günlərdə 23 yaşlı futbolçunun keçidi ilə bağlı PSJ-yə rəsmi təklif təqdim edərək, danışıqlara başlamağı planlaşdırır.
Bununla belə, transferin reallaşmasının çətin olacağı bildirilir. Belə ki, Paris klubu Barkola üçün təxminən 170 milyon avro tələb edir.
Fransalı forvard 2023-cü ilin yayından PSJ-nin formasını geyinir. O, parislilərin heyətində keçirdiyi 152 oyunda 39 qol vurub, 37 məhsuldar ötürmə verib.
Barkolanın PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalına əsasən, onun hazırkı dəyəri 90 milyon avro təşkil edir.
