Yeni müqavilə ilə bağlı razılığa gəldilər - Postunda qalacaq

23 İyul 23:00 Fransa 681
Yeni müqavilə ilə bağlı razılığa gəldilər - Postunda qalacaq

PSJ baş məşqçisi Luis Enrike ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Paris klubu ilə yeni müqavilənin bütün şərtlərini razılaşdırıb.

Yeni anlaşmanın müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Razılaşmanın yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.

Luis Enrike 2023-cü ildən PSJ-ni çalışdırır.

Komanda onun rəhbərliyi altında üç dəfə Fransa Liqa 1-in və ölkə superkubokunun, iki dəfə UEFA Çempionlar Liqasının və Fransa kubokunun, həmçinin, bir dəfə UEFA superkubokunun və Qitələrarası kubokun qalibi olub.

56 yaşlı mütəxəssis məşqçilik karyerası ərzində “Roma”, “Selta”, “Barselona” və İspaniya millisini də çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti